AZ

Yardımlıda polis çətin relyef şəraitində əməliyyat keçirdi - 6 kiloqram narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatzamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlıDadaş Kazımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilənməlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olanmarixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotik vasitələri maddi qazancmüqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşındanəldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ifşa olunmamaqüçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraitiolan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Seçilən
31
38
az.trend.az

10Mənbələr