BAKI, 29 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dəmir Yolları QSC 1,5 milyon ABŞ dollar dəyərində məhsul ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın avqust sayında qeyd olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə artım deməkdir. Bununla da, ADY qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda yer alıb.
Xatırladaq ki, QSC tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 178 min dollarlıq məhsul ixrac edilib.