AZ

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Sumbat Əliyevləvida mərasimi keçirilir

1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab olunan, lakin sonradan nəşi tapılan Əliyev Sumbat Nüdrət oğlunun nəşinin qalıqları bu gün Füzuli rayonunda ailəsinə təhvil verilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.

222
Seçilən
19
8
redaktor.az

10Mənbələr