Premyer Liqanın ilk iki turunda qələbə qazanan "Sumqayıt" növbəti çempionat matçını öz meydanında "Şamaxı"ya qarşı keçirəcək.
Klubun sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, uğurlu startla diqqət çəkən "kimyaçılar" oyuna tam heyətlə çıxacaqlar:
"Hazırda komandada zədəli və ya cəzalı futbolçu yoxdur".
"Sumqayıt" - "Şamaxı" qarşılaşması bu gün baş tutacaq. Matçın start fiti 18:30-da səsləndiriləcək.
"Gənclik şəhəri" təmsilçisi ötən mövsümü 33 xalla 8-ci, "aslanlar" isə 36 xalla 7-ci pillədə başa vurublar.
Nihat