AZ

Ayxan Abbasov braziliyalını "Sumqayıt"a qarşı oynada bilməyəcək

Premyer Liqanın 3-cü turu çərçivəsində bu gün "Sumqayıt"ın qonağı olacaq "Şamaxı" oyuna 1 itki ilə çıxacaq.

Məlumatı Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli verib:

"Hazırda komandada cəzalı futbolçu yoxdur. Ötən oyunu da buraxan braziliyalı müdafiəçi Sezar Enrike zədəsini sağaltmadığı üçün bu qarşılaşmada da oynaya bilməyəcək".

"Sumqayıt" - "Şamaxı" qarşılaşması bu gün baş tutacaq. Matçın start fiti 18:30-da səsləndiriləcək. 

"Şamaxı" ötən mövsümü 36 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 33 xalla 7-ci pillədə tamamlayıb.

Nihat

Seçilən
7
1
fanat.az

2Mənbələr