ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 avqust, AZƏRTAC
Könüllü olaraq bir çox tədbirlərdə fəal iştirak etmişəm. Bu gün isə Bakı şəhəri Halqasının təşkilatçılığı ilə keçirilən panel müzakirəyə qatılacağam. Bu tədbir mənim üçün həm yeni biliklər qazanmaq, həm də təcrübə toplamaq baxımından çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri könüllü Ayan Məhmədzadə jurnalistlərə açıqlamasında səsləndirib.
O qeyd edib ki, seçim, müsahibə və təlim mərhələlərini uğurla başa vuraraq Qran Prinin rəsmi könüllüsü adına layiq görülüb. Gənc könüllü əlavə edib ki, bu cür tədbirlər gənclərin inkişafı, dünyagörüşünün genişlənməsi və perspektivlərinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.