1-ci Liqada mübarizə aparan "Zaqatala" klubu 3 futbolçusu ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
Kənan Müslümov, Roini İsmayılov və Sərxan Abdullayev 1 illik anlaşmaya imza atıblar.
Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Zaqatala" ilk turda "Cəbrayıl"la qarşılaşacaq.