AZ

Rusiyada xarici mənşəli ilk çikunqunya qızdırması halı qeydə alınıb

Moskva, 29 avqust, AZƏRTAC

Rusiyada xarici mənşəli ilk çikungunya qızdırması halı qeydə alınıb; pasiyent xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağırdır.

AZƏRTAC “Rospotrebnadzor”un mətbuat xidmətinə istinadla xəbər verir ki, xəstə Şri-Lankadan Moskvaya uçub, ertəsi gün tibbi yardıma müraciət edib və denge qızdırması şübhəsi ilə yoluxucu xəstəliklər şöbəsinə aparılıb. Testlər çikungunya virusu üçün müsbət nəticə göstərib, material diaqnozu təsdiqləmək üçün “Rospotrebnadzor”un “Vektor” mərkəzinə göndərilib.

Departament vurğulayıb ki, Rusiyada infeksiyanın yayılması riski yoxdur, çünki xəstəlik yalnız ötürülmə yolu ilə - ağcaqanad dişləməsi zamanı ötürülür və ölkədə onların sayı epidemioloji təhlükə yaratmır.

Çikungunyanın simptomlarına atəş, oynaqlarda və əzələlərdə ağrı, yorğunluq, səpgi və oynaqların şişməsi daxildir. Virus üçün peyvənd və ya spesifik müalicə yoxdur.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
81
2
azertag.az

3Mənbələr