Ötən mövsümü "Səbail"də keçirən hücumçu Samir Abdullayevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı forvard 2025/2026 "futbol ili"nə 1-ci Liqada başlayacaq.
Avqustun 23-də evlənən futbolçu "Mingəçevir"lə anlaşıb.
Xatırladaq ki, "Səbail" geridə qalan mövsümdə Premyer Liqadakı mübarizəni sonuncu pillədə başa vuraraq 1-ci Liqaya düşüb. 1-ci Liqa təmsilçisi "Mingəçevir" isə Füzuli Məmmədovun rəhbərliyi altında parlaq çıxışla diqqət çəkərək qışdan sonra 29 xal toplayıb və yekunda 35 xalla 4-cü olub. Yayda baş məşqçi dəyişikliyi edən rəhbərlik sözügedən kollektivi Ramiz Məmmədova tapşırıb.
Nihat