AZ

"Neftçi" "Turan Tovuz"a qarşı tam heyətlə mübarizə aparacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində bu gün "Turan Tovuz"u qəbul edəcək "Neftçi" güclü rəqiblə matça tam heyətlə çıxacaq.

Bunu Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:

"Cəzalı və ya zədəli futbolçu yoxdur. Komanda "Turan Tovuz"la oyuna tam heyətlə hazırlaşıb".

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması "Neftçi Arena"da baş tutacaq. Matçın start fiti 20:30-da səsləndiriləcək. Görüşdə ədaləti FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq. 

Nihat

Seçilən
16
1
fanat.az

2Mənbələr