AZ

Ətin qiyməti bu qədər BAHALAŞDI

Bölgələrdə son günlər ətin qiymətində 2 manata qədər bahalaşma var. 

"Cebheinfo.az" ət kəsimi və satışı ilə məşğul olan şəxslərə istinadən xəbər verir ki,  indi mal ətinin qiyməti 17, nadir hallarda 16 manata təklif olunur.

Buna əsas səbəb kimi, toy mövsümünün başlaması göstərilsə də, yerli ətlik heyvan cinslərinin azalması da səbəblər sırasındadır.

Payızda mal ətinin qiymətində daha bir manat artım gözlənilir. Qəssablar deyirlər ki, bahalaşma pərakındə ət satışına ciddi təsir göstərib. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr