AZ

Saray sakini evində usta işləyən kişini öldürdü - VİDEO

Abşeronda qətl hadisəsi baş verib. Hadisə Saray qəsəbəsində qeydə alınıb.
 
Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, evində usta işləyən 1971-ci il təvəllüdlü Adil İmambaxışovu bıçaqla qətlə yetirib.
 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
 
Daha ətraflı Baku TV-nin süjetində:
 
Seçilən
4
13
moderator.az

10Mənbələr