Bu gün baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıran "Fənərbağça" yeni çalışdırıcı axtarışlarına başlayıb.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatının gündəmində bir neçə şəxs var. Onların arasında yerli çalışdırıcılar üstünlük təşkil edir.
Xüsusilə bir namizədin adı ön plandadır. Söhbət əvvəllər də bu klubda çalışmış İsmayıl Kartaldan gedir. O, boş qalan baş məşqçi postuna ən real namizəddir. İstanbul təmsilçisinin prezidenti Ali Koçla şəxsi münasibətləri yüksək səviyyədədir. Mourinyodan əvvəl komandanı çalışdırması da, əsas məqamlardan biridir.
Bundan başqa, "Fənərbağça"nın sabiq futbolçuları - Volkan Demirel və Emre Belezoğlu da namizədlər sırasında yer alıb. Türkiyənin tanınmş mütəxəssislərindən olan Abdulla Avcının adı da gündəmdədir.