AZ

Keniyada turist filə pivə içirdib | VİDEO

Sosial şəbəkələrdə yerləşdirilən video-materialda bir kişinin bankadan pivə içdiyi, sonra isə içkinin qalan hissəsini Bupa adlı filin xortumuna tökdüyü görünür.

Mütəxəssislər bu filin 1989-cu ildə Zimbabvedə kütləvi qırğından xilas edildiyini və səkkiz yaşında Keniyaya gətirildiyini bildiriblər.

Kütləvi tənqid dalğasından sonra turist sosial mediadan hərəkətlərinə dair sübutları silib,Keniyada isə bir sıra araşdırmalara başlanılıb.

“Bu, heç vaxt olmamalı idi. Biz təbiəti mühafizə ilə məşğuluq və buna imkan verə bilmərik. Biz hətta insanların fillərə yaxınlaşmasına icazə vermirik”, - qoruğun nümayəndəsi bildirib.

Keniyalı bioloq, doktor Vinni Kiiru, öz növbəsində,turistin hərəkətinin heyvanın həyatını riskə ata biləcəyini vurğulayıb.

- Keniyada fillərin təxminən 95%-i vəhşidir. Sosial şəbəkələrdə fillərlə belə yaxın təmasda ola biləcəyiniz təəssüratı yaradan mesajlar yerləşdirmək düzgün deyil”,- mütəxəssis baş vermis insidenti şərh edib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
78
azvision.az

1Mənbələr