Masallı rayonunun Ərkivan qəsəbə sakini Elman Abıyev sosial şəbəkələrdə yaydığı şər və böhtan xarakterli məlumatlara görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı onun cəmiyyət arasında çaşqınlıq yaratmaq məqsədilə dövlət qurumları və onların əməkdaşları haqqında əsassız iddialar paylaşdığı müəyyən edilib.
Məhkəmənin qərarı ilə Elman Abıyev barəsində həbs-qətimkan tədbiri seçilib. Hüquq-mühafizə orqanları bir daha vətəndaşlara xəbərdarlıq edərək bildiriblər ki, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatların yayılması qanunla qadağandır və belə hallara qarşı ciddi tədbirlər görüləcək.