AZ

"İmişli"dən ayrılan Rəhimin yeni komandası bəllidir

Bu yay "İmişli" ilə vidalaşan Rəhim Osmanın yeni mövsümə harada başlayacağı bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sol cinah müdafiəçisi 1-ci Liqada çıxış edəcək.

Rəhim "Mingəçevir"lə razılığa gəlib və hazırda bu komandanın məşqlərində iştirak edir. Arxa xətt oyunçusu sözügedən klubla müqavilə bağlasa da, keçidi hələ rəsmən açıqlanmayıb.

Xatırladaq ki, "İmişli" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vuraraq Premye Liqada iştirak hüququ qazanıb. "Mingəçevir" isə çempionatı Füzuli Məmmədovun rəhbərliyi altında yanvardan sonra parlaq çıxış sərgiləyərək 4-cü yeri tutub. Qarşısına çempionluq hədəfi qoyulan "işıqçılar"ı hazırda Ramiz Məmmədov çalışdırır.

Nihat

Seçilən
39
1
fanat.az

2Mənbələr