AZ

İran parlamenti Zəngəzur dəhlizi ilə bağlı bəyanat verdi

BAKI, 29 avqust. TELEQRAF

İran parlamenti Zəngəzur dəhlizi layihəsi ilə bağlı bəyanat verib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bəyanatda Tehranın ənənəvi ritorikasına uyğun olaraq, dəhliz yersiz olaraq “İran üçün təhdid” adlandırılıb.

İran parlamentinin bəyanatında deyilir: “Tanınmış sərhədlərin dəyişdirilməsi, məcburi dəhlizlərin yaradılması və ya Zəngəzur dəhlizi kimi layihələrin həyata keçirilməsi üçün istənilən addım region ölkələrinin maraqları ilə bir araya sığmayacaq və birbaşa kollektiv təhlükəsizliyə təhdid olacaq”.

Ümumi fikirlərin ifadə olunduğu, heç bir faktın dilə gətirilmədiyi və əsassız fikirlərin yer aldığı bəyanat ciddi qəbul edilməyəcək digər iddialarla da zəngindir.

Seçilən
50
3
teleqraf.com

4Mənbələr