Bakı. Trend:
Qazax şəhərinin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidəyanğın baş verib.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlbolunub.
Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasınabaxmayaraq yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısamüddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 2ha sahədə əsasən kol-kos və quru otyanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.