AZ

Baba körpə nəvəsini divara çırpıb öldürdü

ain.az, Lent az saytına istinadən bildirir.

Rusiyanın paytaxtı Moskvada 50 yaşlı kişi körpə nəvəsini qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, baba körpə nəvəsinə baxdığı vaxt spirtli içki qəbul edib. Bir anda qəfil yaranmış şəxsi narazılıq zəminində o, 2023-cü il təvəllüdlü körpəyə əlləri ilə zərbələr endirib. Ardınca oğlan uşağını divara və döşəməyə çırpmağa başlayıb. Aldığı xəsarətlər nəticəsində uşaq ölüb.

Dindirmə zamanı kişi özünü qismən təqsirli bildiyini etiraf edib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
125
lent.az

1Mənbələr