ain.az bildirir, GlobalInfo portalına istinadən.
Türkiyə parlamenti İsrailin BMT və digər beynəlxalq təşkilatlardakı üzvlüyünü dayandırmağa, dövlətlə hərbi və ticarət əlaqələrinə son qoymağa çağırıb. Müvafiq qətnamə Qəzza zolağındakı vəziyyətə həsr olunan fövqəladə sessiyada yekdilliklə qəbul edilib.
Globalinfo.az bildirir ki, sənəd TBMM sədri Numan Kurtulmuşun imzası ilə dərc edilib.
Qətnamədə deyilir: “Biz İsrail hökuməti soyqırım siyasətindən əl çəkənə qədər, onların BMT və beynəlxalq təşkilatlardakı üzvlüyünü dayandırmağa çağırırıq. Həmçinin bütün milli parlamentləri İsraillə hərbi və ticarət əlaqələrini dayandırmağa, Fələstinə qoyulan embarqonu ləğv etmək üçün təcili tədbirlər görməyə səsləyirik”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.