AZ

Həmilton altıncı, Verstappen beşinci - Zandvoort məşqlərində nəticələr

Niderland Qran-Prisinin ikinci məşqləri Zandvoort trasında başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, ən yaxşı nəticəni “Maklaren” pilotu Lando Norris göstərib.

İkinci yeri “Aston Martin”in təcrübəli sürücüsü Fernando Alonso, üçüncü yeri isə Norrisin komanda yoldaşı Oskar Piastri tutub.

Qeyd edək ki, yeddiqat dünya çempionu Lyuis Həmilton (“Ferrari”) məşqlərdə altıncı nəticəni göstərib, “Red Bull”un pilotu Maks Verstappen isə beşinci olub.

F1. Niderland Qran-Prisi. İkinci məşqlər nəticələri:

Lando Norris (“Maklaren”) – 1:09.890

Fernando Alonso (“Aston Martin”) +0.087

Oskar Piastri (“Meklaren”) +0.089

Corc Rassell (“Mercedes”) +0.384

Maks Verstappen (“Red Bull”) +0.588

Lyuis Həmilton (“Ferrari”) +0.848

Yuki Tsunoda (“Red Bull”) +0.905

Şarl Lekler (“Ferrari”) +0.944

Franko Kolapinto (“Alpin”) +1.067

Niko Hülkenberq (“Zauber”) +1.190

Oliver Berman (“Xaas”) +1.223

Andrea Kimi Antonelli (“Mercedes”) +1.295

Qabriyel Bortoleto (“Zauber”) +1.430

Liam Louson (“Reysing Bulls”) +1.449

Esteban Okon (“Xaas”) +1.471

Karlos Sayns (“Uilyams”) +1.792

Aleksander Albon (“Uilyams”) +1.866

Lens Stroll (“Aston Martin”) +2.085

Pyer Qasli (“Alpin”) +2.232

Isak Hadjar (“Reysing Bulls”) – nəticə göstərilməyib

Seçilən
147
90deqiqe.az

1Mənbələr