F1 komandası “Maklaren” Niderland Qran-Prisinin ikinci məşqləri zamanı pit-layn hadisəsinə görə 5 min avro məbləğində cərimə olunub.
90deqiqe.Az-ın məlumatına görə, hadisə “Maklaren” pilotu Oskar Piastri ilə “Mercedes” sürücüsü Corc Rassel arasında baş verib.
Bildirilir ki, Piastrinin mexanikləri onun avtomobilini pitdən çıxararkən Rasselin maşınını görməyiblər və nəticədə sürücülər toqquşublar.
Pilotların ümumi hesabında ilk pilləni “Meklaren”in avstraliyalı sürücüsü Oskar Piastri tutur – onun aktivində 284 xal var. İkinci yerdə həmkarı Lando Norris qərarlaşıb (275 xal), üçüncü pilləni isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen tutur (187 xal).