Rusiya və ABŞ, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun iştirakı ilə aparılan danışıqlarda Ukraynada nizamlanma ilə bağlı fikir ayrılıqlarının siyahısını təhlükəsizlik zəmanətləri və ərazi güzəştlərinə qədər daraltmağa nail olublar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib.
"Onun danışıqlarının nəticəsi o oldu ki, biz Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı açıq məsələlərin siyahısını bir sıra dəqiq müəyyən edilmiş problemlərə, yəni təhlükəsizlik zəmanətləri və ərazi güzəştləri qədər daraltdıq", - deyə Vens X hesabında yazıb.
Vitse-prezident həmçinin Vitkoffu Amerika komandasının “əvəzolunmaz üzvü” adlandırıb və bununla da əvvəllər “Politico”da dərc olunmuş məqaləni şərh edib, burada anonim məmurlar xüsusi nümayəndəni danışıqlar prosesində iştirak etmək üçün kifayət qədər səriştəsiz adlandırıblar.
Vensin sözlərinə görə, “Politico”nun materialı jurnalist səhlənkarlığının sübutudur və Amerika administrasiyasına ziyan vurmağa yönəlmiş xarici təsir alətidir.
Vitse-prezident qeyd edib ki, Ukraynada sülh hələ də sual altındadır, lakin onun fikrincə, atəşkəs olarsa, bu, Vitkoff və Trampın səyləri sayəsində əldə olunacaq.