“Bornmut” “Milan”ın müdafiəçisi Aleks Ximenesi transfer etmək niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı futbolçunun icarəsi və sonradan satınalma hüququ ilə heyətə qatılması üçün “qırmızı-qaralar”la aktiv danışıqlar aparır.
Yay transfer pəncərəsinin bağlanmasına isə cəmi üç gün qalıb.
İspaniyalı müdafiəçi “Milan”a 2024-cü ildə transfer olunub. O, indiyədək klubun heyətində bütün turnirlərdə 34 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.