BAKI, 30 avqust. TELEQRAF
İndoneziyanın paytaxtı Cakartada minlərlə insan parlament üzvlərinə qarşı ayrı-seçkiliyə etiraz etmək üçün küçələrə çıxıb.
Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı bir nəfər həlak olub.
Etirazçılar deputatların yüksək maaşları ilə yanaşı aldıqları müavinətin də götürülməsini tələb edirlər. Aksiyaya çıxanlar mövcud iqtisadi şəraiti nəzərə alaraq, bunun pul itkisi olduğunu düşünürlər.
Etirazçılar parlamentə yürüş etmək istəyəndə polis dərhal müdaxilə edib.
İndoneziya polisi su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə, etirazçılarla polis arasında toqquşma baş verib.
Parlament binasına gedən yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb. Çoxlu sayda etirazçı və polis əməkdaşı yaralanıb. Etirazlar zamanı əlbəyaxa davada motosikletli taksi sürücüsü həlak olub. Hadisədən sonra etirazlar daha da böyüyüb.