Hindistanın Araya şəhərində meymun bir adamın əlindən pul çantasını qoparıb ağaca dırmaşaraq əskinasları sağa-sola səpələməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu haqda "Times of India" məlumat yayıb.
Pullların sahibi torpaq sahəsi almağa gəlmiş müəllim Rohitaş Çandra olub. Çantada 80 min rupi olub.
“Pul yağışı”nı görən yoldan keçənlər dərhal yerə düşən əskinasları yığmağa tələsiblər. Çandra yalnız 52 min rupiyi qaytara bilib - pulun bir hissəsi ağaclarda qalıb, bir hissəsi isə meymun tərəfindən parçalanıb.