AZ

DYP sürücülərə xəbərdarlıq edib

Ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarı yolverilməzdir.

Operativ Media xəbər verir ki,  BDYPİ-nin yaydığı xəbərdarlıqda deyilir:

"Nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməməsi və atmosferə normadan artıq zərərli tullantılar buraxması insanların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur. 

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən nəzarət-profilaktik tədbirlər zamanı texniki cəhətdən nasaz və ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən edilərək hərəkətdən kənarlaşdırılır, sürücüləri  isə inzibati məsuliyyətə cəlb edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqətlə yanaşmağı, onların ekoloji tələblərə cavab verməsinə xüsusi önəm verməyi və yol hərəkəti təhlükəsizliyini hər zaman ön planda saxlamağı tövsiyə edir".

Seçilən
52
38
operativmedia.az

10Mənbələr