
Moskvanın Tağanski Rayon Məhkəməsi Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi həbs edib. Bu barədə RBK məlumat yayıb.Ağayevə xüsusilə böyük miqyasda dələduzluq ittihamı irəli sürülüb (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi). Bu ittiham onu 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandıra bilər. Ağayevin və yaxın qohumlarının bank hesablarına həbs qoyulub.Avqustun 28-də Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk açıqlama verərək, paytaxt teatrlarından birinin sabiq direktorunun FSB əməkdaşları ilə birgə əməliyyat zamanı saxlanıldığını bildirmişdi. Sonradan məlum olub ki, saxlanılan şəxs 1992–2021-ci illərdə Satira Teatrına rəhbərlik etmiş Məmmədəli Ağayevdir.Ulusum.az
Diqqət Çəkənlər
Putin–Zelenski sammiti baş tutacaqmı? Politico şübhə edir
Qadınlar və Aritmiya: Ən Çox Yayılmış Yanlış İnanclar
Gecə Yuxusu niyə Gənclik İksiridir?