Bakı. Trend:
Azərbaycan "ŞƏT ailəsi"nin mühüm üzvüdür.
Trend-inməlumata görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey avqustun31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək ŞƏT-insammiti ilə bağlı açıqlamasında deyib.
"Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunualıb və "ŞƏT ailəsi"nin mühüm üzvüdür. Çin və Azərbaycan ŞƏTçərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycan ŞƏT-in sədri kimiÇinin işinə güclü dəstək verib və yüksək səviyyəli nümayəndələriniŞƏT Siyasi Partiyalar Forumunda, ŞƏT-in Enerji NazirlərininForumunda, ŞƏT-in Yaşıllar Forumunda, ŞƏT-in Xarici İşlər NazirləriForumunda, ŞƏT-in Xalqlar Forumunda iştirak etmək üçün göndərib”, -deyə o bildirib.
Bundan əlavə, diplomat Çin və Azərbaycanın Dünya AntifaşistMüharibəsində Qələbəyə silinməz tarixi töhfələr verdiyinivurğulayıb.
"Hər iki ölkə çoxtərəfliliyi, beynəlxalq bərabərliyi və ədalətiqoruyan əsas qüvvədir. Faktlar sübut edir ki, beynəlxalq vəziyyətnə qədər təlatümlü olarsa, Çin və Azərbaycan bir o qədər həmrəylikvə əməkdaşlığı gücləndirməli, bərabərlik, qarşılıqlı fayda vəəməkdaşlığa əsaslanan beynəlxalq münasibətlər modelini birgəqurmalı, dünyaya daha çox sabitlik və müsbət enerji gətirməlidir",- o əlavə edib.
Onun sözlərinə görə, Çin dövlət başçılarının əldə etdiyi mühümrazılaşmaların həyata keçirilməsi üçün Azərbaycanla birgə səylərgöstərməyə hazırdır.
"Biz daha böyük nəticələrə nail olmaq üçün iki tərəf arasındaqarşılıqlı faydalı əməkdaşlığı təşviq etməyə və beynəlxalqbərabərliyin və ədalətin qorunmasına, dünyada sülhün və inkişafıntəşviqinə daha çox Çin-Azərbaycan töhfələrini verməyə hazırıq", -Lu Mey qeyd edib.