BAKI, 30 avqust. TELEQRAF
Belçika hökuməti Ukraynaya dəstək çərçivəsində ABŞ-dən silah alınması üçün 100 milyon avro vəsait ayırıb.
Teleqraf xəbər veir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost Kopenhagendə keçirilən Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, bu məbləğ Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun hərbi texnikanın alınmasına yönəldiləcək və ABŞ-dən birbaşa silah tədarükü proqramı vasitəsilə reallaşacaq.
Qeyd edək ki, Belçika bu qərarı Aİ daxilində Ukraynaya hərbi dəstəyin artırılması çağırışlarının fonunda qəbul edib.