AZ

Trend nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində böyük nüfuza malikdir - Faiq Sücəddinov

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni -yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiyavə Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcıvə nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlikbütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələrarasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiyamedia bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrindəlazımi platformalar yaradılıb və onların əsasında agentlik buregionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Azərbaycanın Xalq artisti, bəstəkar FaiqSücəddinov Trend-in 30 illiyi ilə bağlı fikirlərinibölüşüb.

O qeyd edib ki, Trend nəinki Azərbaycanda, dünyanın bir çoxölkəsində böyük nüfuza malikdir.

"Trend Beynəlxalq İnformasiya Agentliyi nəinki Azərbaycanda, həmdə dünyanın bir çox ölkələrində nüfuz qazanmış media qurumudur.Trend Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırımasındamüstəsna rol oynayan agentlikdir. Trend-in bir neçə dildəyayımladığı xəbərlər ölkəmizin ictimai-siyasi gündəmini, iqtisadi,sosial, mədəni hadisələrini həm Azərbaycan oxucularına, həm dəbeynəlxalq auditoriyaya çatdırır.

Operativlik, obyektiv yanaşma, dərin məzmunlu təhlillər Trend-inoxucu auditoriyasını durmadan genişləndirir. Trend İnformasiyaAgentliyi müstəqilliyimizin ilk illərindən – 1995-ci ildənfəaliyyət göstərir və bu illər ərzində böyük və şərəfli yol qətedib. Ötən 30 ilə nəzər yetirdikdə dövlətə, xalqa, cəmiyyətəşərəflə xidmət, peşəkar və əzmkar yanaşma görünür. Bu yubileymünasibəti ilə Agentliyin kollektivini səmimi qəlbdən təbrik edir,yeni uğurlar arzulayıram. 30 yaşınız mübarək!", - oyekunlaşdırıb.

Seçilən
96
2
az.trend.az

1Mənbələr