"Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır.
Operativ Media xəbər verir ki, "atlılar" Fransanın "Loryan" klubunun seneqallı hücumçusu Sambu Sumanonu heyətinə qatmaqda maraqlıdır. Bu haqda italiyalı jurnalist Rudi Qaletti məlumat yayıb.
Məlumata görə, Ağdam təmsilçisi Fransa klubuna bonuslarla birlikdə 3 milyon avro təklif edib.
Futbolçuya təklif edilən maaş paketi də indiyədək maraq göstərən digər klubların hamısından yüksəkdir.