ain.az, Azvision saytına istinadən bildirir.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas belə deyib. “Atəşkəs və ya sülh sazişi elan olunarsa, Ukraynaya təzminat ödənilmədən bu aktivlərin Rusiyaya qaytarılacağını təsəvvür edə bilmərik”, - Aİ diplomatiyasının rəhbəri bildirib.
Politico: “Rusiyanın aktivləri ilə bağlı Avropa yeni plan qurur”
Aİ-nin məlumatına görə, Rusiyanın təxminən 210 milyard avroluq (245,85 milyard ABŞ dolları) aktivləri Ukraynaya müdaxiləyə görə Moskvaya tətbiq edilən sanksiyalar çərçivəsində dondurulub. Ukrayna və Aİ-nin bəzi üzvləri, o cümlədən Polşa və Baltikyanı ölkələr Brüsseli bu aktivləri müsadirə və onları Kiyevi dəstəkləmək üçün istifadə etməyə çağırıb. Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri Ukraynanın bərpası üçün Avropa Komissiyasının (AK) Rusiyanın dondurulmuş 200 milyard avroluq aktivlərini daha riskli investisiyalara köçürmək variantını nəzərdən keçirdiyini yazıb. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.