“Barselona” klubunun yarımmüdafiəçisi Qavi sıradan çıxıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun sağ dizində problem yaranıb.
Qavi məşqin gedişində dizində narahatlıq səbəbindən məşqi yarımçıq tərk edib. Hətta onun 2023-cü ildə zədələdiyi ayağında çarpaz bağların qopması ehtimalı da gözlənilir.
Bu səbəbdən 21 yaşlı futbolçu La Liqanın III turunda, avqustun 31-də keçiriləcək “Rayo Valyekano” ilə oyunu buraxacaq.
Gənc yarımmüdafiəçi cari mövsümdə La Liqada iki oyuna çıxaraq bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı Qavinin bazar dəyərini 60 milyon avro olaraq göstərir.