AZ

"Qarabağ" Fransa çempionatından hücumçu transfer edir

BAKI, 30 avqust. TELEQRAF

"Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Loryan" klubundan Sambu Sumanonu transfer etməyə yaxındır.

Bu barədə məşhur insayder Rudi Qaletti şəxsi X səhifəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Qarabağ" 24 yaşlı forvard üçün qarşı tərəfə 2,5 milyona avro təklif edib. Daha 500 min avro isə bonus şəklində olacaq.

Sumano ilə İngiltərənin "Blekbörn" və Polşanın "Vidzev" komandaları da maraqlanır. Lakin seneqallı oyunçu seçimini "Qarabağ"dan yana edib.

Qeyd edək ki, Sambu Sumano 2021-cü ilin yayından "Loryan"ın şərəfini qoruyur. O, daha əvvəl "Keviyi Ruan", "Eypen" və "Rodez" klublarında icarədə olub. Sumano cari mövsüm ərzində Fransa çempionatında iştirak etdiyi 2 oyunda 1 qol müəllifi olub.

Seçilən
120
teleqraf.com

1Mənbələr