“Bu gün günorta saatlarında 102 xəttinə Lvovun Sıxovsk rayonunda atışma barədə məlumat daxil olub. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib. Müəyyən edilib ki, mərhum 1971-ci il təvəllüdlü tanınmış ictimai-siyasi xadimdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin kimliyinin və onun harada olmasının müəyyən edilməsi üçün bütün tədbirləri görürlər”, - Lvov polisinin açıqlamasında deyilir.
Açıqlanan məlumatda qətlə yetirilənin Ukrayna parlamentinin (Ali Rada) keçmiş sədri Andrey Parubiy olduğu bildirilir. Ukraynanın Daxili işlər naziri İqor Klimenko və baş prokuror Ruslan Kravçenko istintaqın gedişinə nəzarət edirlər.
Ukrayna prezidenti Volodimir Zelenski Ali Radanın sabiq sədrinin qohumlarına və yaxınlarına başsağlığı verib.
- Andrey Parubiy vəfat edib. Qatilin araşdırılması və tapılması üçün bütün lazımi qüvvələr və vasitələr səfərbər olunub”,- Ukrayna lideri vurğulayıb.
Ukrayna KİV-lərinin məlumatına görə, Parubiyin qatili “Qlovo” servisinin kuryeri olub.
Xatırladaq ki, Andrey Parubiy 2016-cı il aprelin 14-dən 2019-cu il avqustun 29-dək Ali Radanın sədri olub. O, eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifələrində çalışıb və Maydan Özünümüdafiə Təşkilatının (2013-cü il dekabrın 1-də Kiyevdə yaradılmış ictimai təşkilat) rəhbəri kimi fəaliyyət göstərib.
— Newsfeed (@Newsfeed883920) August 30, 2025
Sahil İsgəndərov/strong>
AzVision.az