AZ

Telefon batareyasının ömrünü ikiqat artırmağın yolu tapıldı

Mütəxəssislər smartfonlarda ən böyük problemlərdən biri olan qısa batereya ömrü ilə bağlı praktik həll tapıblar.

Publika.az xəbər verir ki, telefon mütəxəssisləri batareyanın ömrünü ikiqat artırmaq üçün sadə, lakin təsirli üsul paylaşıblar.

Elektronika üzrə ekspert Mark Patrikin sözlərinə görə, "Apple" smartfonlarının batareyaları orta hesabla 500-800 tam batareya enerjisi dövrü ilə məhdudlaşır. Bir enerji dövrü batareyanın tutumunun 100 faizindən istifadə etmək deməkdir. Gündəlik istifadə ilə bu həddə tez çatıldığından, batareya tutumu xüsusilə iki ildən sonra əhəmiyyətli dərəcədə azalır.

Mütəxəssislər batareyanın ömrünü uzatmaq istəyən istifadəçilərə batareyanın doldurulmasını 20-80 faiz arasında saxlamağı tövsiyə edir.
Bundan əlavə, batareya enerji yığarkən cihazı istifadə etməmək həddindən artıq isinmənin qarşısını alır və ömrünü uzadır.

Bu gün bir çox smartfonlarda mövcud olan batareyaya qənaət rejimi lazımsız fon proseslərini məhdudlaşdırmaqla batareyanın işini yaxşılaşdırır.

Seçilən
139
6
publika.az

8Mənbələr