BAKI, 30 avqust. TELEQRAF
Qərbi Afrika sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində ən azı 70 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, qayığın Qambiyadan yola düşdüyü və əksəriyyətin Qambiya və Seneqal vətəndaşları olduğu güman edilir.
Qeyd edilib ki, təxmini 150 sərnişin olub, onlardan 16-sı xilas edilib. Mavritaniya səlahiyyətliləri çərşənbə və cümə axşamı günləri 70 cəsədi çıxarıblar. Şahidlərin ifadələri 100-dən çox insanın öldüyünü ehtimal edir.