AZ

Hitrou hava limanında sərnişin saxlanılıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

London, 30 avqust, AZƏRTAC

Böyük Britaniyanın Hitrou hava limanında “Saudia Airlines” aviaşirkətinə məxsus təyyarədə insident baş verib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, hadisə nəticəsində bir sərnişin polis tərəfindən saxlanılıb. Ciddə-London marşrutu ilə hərəkət edən “Boeing 787” tipli təyyarə Hitrou hava limanına eniş etdikdən qısa müddət sonra sərnişinlərdən biri ekipaj üzvü ilə mübahisə edib, onu yumruqla vurub və daha sonra təyyarənin qapısını açmağa cəhd göstərib.

Nəticədə pilotlar təcili yardım çağırıb, hadisə yerinə dörd yanğınsöndürən maşın, altı polis avtomobili və bir neçə təcili tibbi yardım briqadası cəlb olunub. Sərnişinin aqressiv davranışı digər insanlarda təşviş yaradıb, xüsusilə uşaqlı ailələr arasında qorxu hissi müşahidə olunub. Polis hadisə ilə bağlı sərnişini təyyarəni təhlükəyə atmaq şübhəsi ilə saxladığını təsdiqləyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
7
azertag.az

8Mənbələr