Bu gün "Formula 1" üzrə Niderland Qran-prisinin sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Maklaren" pilotları "Zandvoort" trasında hamıdan sürətli olublar. Oskar Piastri sabahkı yarışa birinci, Lando Norris ikinci yerdən start götürəcək.
Narıncı tribunaların sahibi olan "Red Bull" pilotu Maks Ferstappen evində sıralama turunda 3-cü sürətli olub.
Qeyd edək ki, əsas yarış sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.