Bakı. Trend:
Qərbi Afrika sahillərində miqrantları daşıyan qayığın batmasınəticəsində azı 70 nəfər ölüb.
Trend "Reuters"əistinadən xəbər verir ki, faktı Qambiya Xarici İşlər Nazirliyitəsdiqləyib.
İlkin məlumata görə, qayığın göyərtəsində 150-yə yaxın şəxsolub. Onlardan yalnız 16 nəfər xilas edilib, digərləri isə itkindüşmüş sayılır.
Qambiyadan çıxan qayığın hansı istiqamətə üz tutduğu hələlikaçıqlanmır.