AZ

Oskar Piastri Niderland Qran-prisində poul qazanıb

Bakı. Trend:

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri"Formula-1" üzrə 2025-ci il dünya çempionatının 15-ci mərhələsiolan Niderland Qran-prisinin təsnifat mərhələsində qalib gəlib.

Trend xəbər verirki, yarış Zandvoort dairəsində keçirilib.

İlk üçlükdə Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norrisvə "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen də yer alıb.

Əsas yarış avqustun 31-də, Bakı vaxtı ilə saat 17:00-da startgötürəcək.

Seçilən
109
1
az.trend.az

2Mənbələr