Bakı. Trend:
Böyük Britaniyanın Hitrou hava limanında "Saudia Airlines"aviaşirkətinə məxsus təyyarədə insident baş verib.
Trend xəbər verirki, hadisə nəticəsində bir sərnişin polis tərəfindənsaxlanılıb.
Ciddə–London marşrutu ilə hərəkət edən "Boeing 787" tiplitəyyarə Hitrouya eniş etdikdən sonra sərnişinlərdən biri ekipajüzvü ilə mübahisə edərək onu yumruqla vurub və daha sonratəyyarənin qapısını açmağa cəhd göstərib.
Hadisəyə pilotlar tərəfindən təcili yardım çağırılıb, yerinədörd yanğınsöndürən maşın, altı polis avtomobili və bir neçə təcilitibbi yardım briqadası cəlb olunub. Sərnişinin aqressiv davranışıdigər sərnişinlərdə təşviş yaradıb, xüsusilə uşaqlı ailələrarasında qorxu hissi müşahidə olunub. Polis insidentlə bağlısərnişini təyyarəni təhlükəyə atmaq şübhəsi ilə saxlayıb.