Texniki cəhətdən nasaz və ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən edilərək hərəkətdən kənarlaşdırılır… Sürücüləri də inzibati məsuliyyətə cəlb edilir...
Bu açıqlama Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində yer alıb.
Bildirilib ki, idarənin Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
O da bildirildi ki, sözügedən qayda pozuntusunu törədən sürücülər aşkarlanaraq qanunla müəyyən edilmiş qaydada cərimə edilir.
Qeyd olunub ki, keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.