Bakı. Trend:
Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının millimüdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzarsəfərdədir.
Trend xəbər verirki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının MilliMüdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və HərbiTəyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanmərasimlərdə çıxış edərək məzunları təbrik edib.
Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlıməzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziritərəfindən təqdim olunub.
Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündənkeçiblər.