AZ

Millimizin üzvü "Ayaks"a qarşı oynadı, komandası 1 xal qazandı

Futbol üzrə Niderland çempionatında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Voldendam" doğmaa meydanda "Ayaks"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Volendam" çempionatda keçirdiyi 4 oyunun hamısında heç-heçə edib.

saytlarin hazirlanmasi

Seçilən
128
1
sportal.az

4Mənbələr