Olduğu məkanı təyin edir... Səs yazır, dinləmə imkanı verir...
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə bu cür GPS cihazları satılır. Qiyməti isə 75 manatdır.
Bəs bu cihazların satışı və istifadəsi qanunidirmi?
Hüquqşünasların sözlərinə görə, belə cihazların satışında qadağa yoxdur. Amma istifadəsində diqqət edilməli nüanslar var. Əgər qarşı tərəfin razılığı varsa, istifadəsi qanunidir.
Lakin, onun xəbəri olmadan belə hal yaşanarsa, digər tərəf cinayət məsuliyyəti daşıyır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.