AZ

Şamaxıda COP29 İqlim Dəyişmələri üzrə ikinci Yay Düşərgəsi başa çatıb (FOTO)

Bakı. Trend:

Şamaxı şəhərində keçirilən COP29 İqlim Dəyişmələri üzrə ikinciYay Düşərgəsinin dördüncü günü “Regional İnkişaf” İctimai Birliyitərəfindən iştirakçılar üçün təşkil olunan ekskursiyalarçərçivəsində ilk olaraq, Dəmirçi kəndinə səfər edilib.

Trend xəbər verirki, burada iştirakçılar Arxeoloji Muzeyi ziyarət edərək bölgəninqədim tarixi və mədəni irsi barədə ətraflı məlumat alıblar. Ardıncadüşərgə iştirakçılarının Alpaka fermasına ekskursiyası baştutub.

Dördüncü günün proqramı mədəniyyət axşamı ilə yekunlaşıb.İştirakçılar arasında dostluq, qarşılıqlı anlaşma və mədənimüxtəlifliyə hörmət mühitinin güclənməsi məqsədilə təşkil edilənmədəniyyət axşamında müxtəlif ölkələrdən olan iştirakçılar özölkələrinin tarixi, musiqisi və rəqsləri barədə təqdimatlarediblər. Bununla yanaşı, onlar milli atributlarını və müxtəlifşirniyyatlarını təqdim edərək düşərgə iştirakçılarına özmədəniyyətlərini daha yaxından tanıtmaq fürsəti əldə ediblər.

Düşərgənin sonuncu günü “Regional İnkişaf” İctimai Birliyininəməkdaşları Şəfiqə Tağızadə və İlkin Əliyarlı tərəfindən buzqıranoyunları keçirilməsi ilə başlanıb.

Sonra IRENA agentliyi tərəfindən iqlim dəyişikliyinin qarşısınınalınmasında bərpaolunan enerjinin rolu və ədalətli, inklüziv enerjikeçidi anlayışı ilə bağlı təlim sessiyası keçirilib.

Ardınca iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlıməntiqi suallardan ibarət intellektual oyun təşkil edilib.

Günün sonunda baş tutan bağlanış mərasimində iştirakçılarasertifikatlar təqdim olunub.

Düşərgə vida şam yeməyi ilə başa çatıb.

Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Şamaxıda
Seçilən
44
7
az.trend.az

8Mənbələr