AZ

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobili toqquşub. Qəza zamanı 2000-ci il təvəllüdlü S. Quliyev, 1998-ci il təvəllüdlü N. Hüseyinli və 1988-ci il təvəllüdlü S. Vəliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Seçilən
27
7
apa.az

8Mənbələr