AZ

ABŞ "Samsung" və "SK Hynix"ə ixrac nəzarəti həyata keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Ticarət Nazirliyi Çində xaricə məxsus yarımkeçirici fabriklər üçün ixrac nəzarətindəki boşluğu bağlayıb.

Banco.azxəbər verir ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun (BIS) açıqlamasında xatırladılıb ki, 2023-cü ildə sabiq ABŞ prezidenti Co Bayden dövründə bir qrup xarici çip istehsalçısına Çində yarımkeçirici istehsalı üçün əksəriyyəti ABŞ mənşəli olan məhsul, proqram təminatı və texnologiyanı lisenziyasız ixrac etməyə icazə verilib.

Açıqlamada bu şirkətlərin yarımkeçirici istehsal avadanlıqlarını və texnologiyanı lisenziyasız Çinə ixrac etməsinə imkan verən boşluğun aradan qaldırıldığı bildirilib və bununla da “Samsung” və “SK Hynix”in texnologiyalarını ixrac etmək üçün lisenziya almaq məcburiyyətində qalacağı qeyd olunub.

Həmçinin açıqlamada vurğulanıb ki, ABŞ-a məxsus heç bir zavod bu imtiyaza malik olmayıb və bu gün qəbul edilən qərar həmin şirkətləri rəqibləri ilə bərabər mövqeyə gətirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
38
banco.az

1Mənbələr